Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106022947 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 89.6842 AZN (9%) və 98.6345 (5.4999%%) manat olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.2593  (6.3899%) manat, orta ölçülmüş qiyməti 97.3489 (5.9784%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 108,278,300.00 manat, yerləşdirilmiş həcmi isə 39,500,400 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 5 avqust 2025-ci il.

Hərrac iştirakçıları 10 avqust 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Avstriya ilə ticarət dövriyyəsi artıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı