27 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070056 ISIN-li, 100 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 29 investor tərəfindən qiymət intervalı 92.0821 (9.60%) manat və 97.3789 (7.4917%) manat olan 69 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.4852 (8.2289%) manat, orta ölçülmüş qiyməti isə 95.9710 (8.0381%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 276,265,600 manat, yerləşdirilmiş həcmi isə 150,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 23 fevral 2027-ci ildir.
Hərrac iştirakçıları 28 fevral 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.