Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

5 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108006948 ISIN-li, 25 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 91.6833 AZN (7%) və 100.6589  AZN (4.85%) manat olan 22 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.8399 AZN (5.5%) manat, orta ölçülmüş qiyməti 97.9426 (5.4759%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 103,382,100.00 manat, yerləşdirilmiş həcmi isə 37,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 9 fevral 2027-ci il.

Hərrac iştirakçıları 16 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

Qızılın bahalaşması davam edir

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı