Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

29 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104002974 ISIN-li, 100 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 90.9544 (10%) manat və 96.1639 (4.0111%) manat olan 29 sifariş təqdim edilmişdir. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7164 (4.4999%) manat, orta ölçülmüş qiyməti isə 95.8351 (4.3698%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 466,396,300.00 manat, yerləşdirilmiş həcmi isə 150,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28.11.2023-cü ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

BAZARLARDA İRƏLİLƏYİŞ: Asiya fond birjaları “sülh” və “texnoloji sıçrayış” ilə rənglənib

Asiya bazarlarında “Qara gün”: Texnologiya şoku və hərbi gərginlik bazarları uçuruma sürükləyir!

Qızılın qiyməti “uçuruma” yuvarlanır: 11 həftənin minimumu!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı