Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

24 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030010 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 91.3015 (9.5797%) manat və 94.9033 (5.4%) manat olan 37 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6985 (7.92%) manat, orta ölçülmüş qiyməti isə 93.0251 (7.5391%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 167,433,000 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 23.01.2024-cü ildir.

Hərrac iştirakçıları 25 yanvar 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı