Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

14 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040034 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 87.752(11.98%)manat və 94.854(8.9952%) manat olan 40  sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4106 (9.99%) manat, orta ölçülmüş qiyməti 92.7133 (9.865%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120,730,500.00 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 10 fevral 2026-cı il.

Hərrac iştirakçıları 15 fevral 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

“Brent” 100 dolların üzərində rəqs edir: Danışıqlar dalana dirəndi, Hörmüz boğazında gəmilərin yolu hələ də bağlıdır!

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (22.04.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (10.04.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı