Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

8 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040190 ISIN-li, 90 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 36 investor tərəfindən qiymət intervalı 87.9790 (11.88%) manat və 96.1002 (8.4999%) manat olan 73 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.8421 (9 %) manat, orta ölçülmüş qiyməti 95.4277 (8.7662%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 399,425,500 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 4 avqust 2026-cı il.

Hərrac iştirakçıları 9 avqust 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

“İnnovasiyalar Mərkəzi” 2025-ci il üzrə audit xidməti üçün kotirovka sorğusu elan edib

AMB investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqlədi

AMB “AtaSığorta”nın lisenziyasını ləğv etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı