Maliyyə təşkilatlarında risklərin idarəedilməsi üçün erkən xəbərdarlıq sistemi qurulmalıdır.
Bunu Azərbaycanda Amerika Ticarət Palatası (AmCham)-ın Risklərin İdarə Edilməsi və Bankçılıq, Maliyyə və Sığorta komitələrinin üzvü, NEQSOL Holding-in Risklərin İdarəedilməsi və Dayanıqlılıq üzrə rəhbəri Samir Kərimov bildirib.
Onun sözlərinə görə, hər fəaliyyətin əsas risk göstəriciləri təşkilatların uzunmüddətli davamlılığından və fəaliyyətindən birbaşa asılıdır:
“Risk management (risklərin idarə edilməsi) nəzarət mexanizminin formalaşdırılmasıdır və biznesin ayrılmaz hissəsidir. Hər bir maliyyə və qeyri-maliyyə təşkilatı öz hədəflərinə çatmaq üçün riskləri effektiv idarə etməlidir. Risk baş verəndən sonra deyil, baş verməzdən əvvəl onu müəyyənləşdirmək və potensial təsirini ölçmək vacibdir. Bunun üçün erkən xəbərdarlıq sisteminin qurulması xüsusi əhəmiyyət daşıyır”.
Mənbə: Report.az