Mark Zuckerberg hər istifadəçiyə görə bu qədər qazanıb – I rüb ilə bağlı hesabat

Çərşənbə günü “Facebook”, “WhatsApp”, “Instagram”ın sahibi olan Meta şirkətinin (rəhbəri, amerikalı Mark Zuckerberg) səhmlərinin dəyəri 2023-cü ilin I rübü ilə bağlı hesabatların açıqlanmasından sonra nə az, nə çox düz 12% artıb.

BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, ardıcıl 3 rübdə gəlirlərinin azalmasını elan etdikdən sonra şirkətin qeyd edilən dövrdə qazancı gözlənilməz şəkildə yüksəlib. 

  • Hər səhmə görə gəlirləri 2.20 dollar təşkil edib, Refinitiv-ə əsasən analitiklər tərəfindən daha öncəki proqnoz isə 2.03 dollar yönündə idi.
  • Gəliri 28.65 milyard dollar olub, Refinitiv-ə əsasən analitiklər tərəfindən daha öncəki proqnoz isə 27.65 milyard dollar idi. 
  • Gündəlik aktiv istifadəçilərin sayı 2.04 milyarddır. StreetAccount-a əsasən isə gözlənti 2.01 milyard nəfər idi. 
  • Yenə StreetAccount-a əsasən aylıq aktiv istifadəçilərin sayı 2.99 milyarddır, gözlənti isə 2.99 milyard idi.
  • StreetAccount-a əsasən hər istifadəçiyə görə orta gəlir 9.62 dollardır, gözlənti isə 9.30 dollar idi.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı