Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mark Zuckerberg son 13 ayda 100 milyard dollardan çox itirib, Meta-nın səhmləri 25% azalıb - BBN

Mark Zuckerberg son 13 ayda 100 milyard dollardan çox itirib, Meta-nın səhmləri 25% azalıb

Mark Zuckerberg-in şəxsi sərvətinin həcmi son 13 ayda 100 milyard dollar azalıb. Cümə axşamı isə onun şirkəti Meta-nın isə səhm qiymətləri kəskin şəkidə enib. 

BBN.az Forbes-ə istinadən xəbər verir ki, Bloomberg-in Milyarderlər İndeksinə görə, Meta şirkətinin rəhbərinin real vaxtda sərvətinin həcmi 38.2 milyard dollardır. Nəticədə isə dünyanın ən zəngin insanları siyahısında TOP 20-dən kənarda qalıb.

2021-ci ilin sentyabrında isə Zuckerberg-in şəxsi sərvətinin həcmi ən yüksəyə çatıb və 142 milyard dollar olub.

Bundan sonra, Meta-nın səhm qiymətləri cümə axşamı 25% azalma da daxil olmaqla 67%-dən çox enib. Bu isə rüblük hesabatda kəskin azalma olduğundan dolayı baş verib. Cümə axşamı bir səhmin qiyməti 97.94 dollar olub, bu isə 2016-cı ildən bu yana ən aşağı nəticədir. Pik vaxtı isə Meta-nın 1 səhminin qiyməti 382 dollar idi.

Related posts

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Ötən il brend dəyərini ən çox itirən şirkətlər açıqlanıb

Uşaqlar üçün sosial medianı qadağan edən ölkələr

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı