Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Masallıda sahibkarlarla görüş keçirilib - BBN

Masallıda sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Masallı şəhərindəsağlamlıq imkanları məhdud olan sahibkarlarla görüş keçirilib. 

Masallı Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində keçirilmiş görüşdə 30-a yaxın sağlamlıq imkanları məhdud və həssas kateqoriyaya aid şəxslər, sahibkarlar, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi və Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. 

Görüşdə sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, biznes təşəbbüslərinin dəstəklənməsi, əmək bazarına çıxışına dəstək ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçılar sahibkarlıq sahəsində həyata keçirilən layihələr, dövlət dəstəyi tədbirləri, özünüməşğulluq proqramına müraciət qaydaları, peşəyönümlü təhsil, biznes layihələrinin maliyyələşdirilməsi barədə məlumatlandırılıb, təklifləri dinlənilib. 

Sonra KOBİA, Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), “Azərsu” ASC və digər tərəfdaşların əməkdaşlığı çərçivəsində həyata keçirilən “Əlil sahibkarlara dəstək” layihəsi çərçivəsində təlimləri uğurla tamamlamış 16 nəfərə sertifikat təqdim olunub. Qeyd edilib ki, layihə iştirakçıları Masallı Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi tərəfindən keçirilən peşə təlimlərində iştirak edərək müvafiq peşə biliklərinə yiyələniblər. Hazırda layihə çərçivəsində dərzi, xalçaçılıq, elektrik avadanlıqlarının təmiri, qaynaqçı, foto və video operator sahələri üzrə 41 nəfər üçün peşə təlimləri davam edir. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı