Mastercard və Visa Binance ilə əməkdaşlığı dayandırır

Mastercard və Visa tənzimləyici problemlərindən dolayı Binance ilə əməkdaşlığı dayandırır. 

BBN.az xəbər verir ki, bu haqda Bloomberg nəşri yazıb. 

Kripto ticarət platformasından agentliyə bildiriblər ki, Visa Avropada birgə əməkdaşlıq nəticəsində bazara təqdim etdikləri məhsulları iyul ayından bəri dayandırıb.  

Öz növbəsində, Mastercard isə Binance ilə olan bütün əməkdaşlığına sentyabrdan son qoyacaq.  

Qeyd edək ki, həm Visa, həm də Mastercard isə qərarın arxasında dayanan səbəblər haqqında detallı şərh vermək istəməyiblər. Onlar şirkət ilə birgə ödəniş kriptovalyuta kartları bazara təqdim edirdilər. 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı