“Mastercard”dan xəbərdarlıq

“Mastercard” ABŞ-da fəaliyyət göstərən maliyyə ödəniş xidmətlərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, həmin şirkətlər ABŞ müştərilərinə mağazalarda onların debet kartları ilə leqal yolla marixuana alınmasını dayandırmalıdır.  

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, belə bir açıqlamanın səbəbi isə marixuananın ABŞ-da federal səviyyədə hələ də illeqal olmasıdır. 38 ştatda leqal olan bu satışlar zamanı müştəriləri əsasən məcbur edirlər ki, ödənişi nağd etsinlər. Mastercard-dan bildirilib ki, belə bir həmlə o zaman gəlib ki, bəzi mağazaların federal qadağaya rəğmən debet ödənişləri qəbul etməsi ilə bağlıdır.  

“Federal hökumət kannabis satışlarının illeqal olduğunu qeyd edir, beləliklə onların bizim sistemlərimizdə satışına icazə verilmir”, – deyə dünyada ikinci ödəniş prosessinq korporasiyasından qeyd edilib.  

Qeyd etmək yerinə düşər ki, hazırda marixuanadan ABŞ-ın 38 ştatında tibbi məqsədlər üçün istifadəsinə icazə var. Vaşinqton və ABŞ-ın bütün Qərb bölgəsinin də daxil olduğu 23 ştatda isə 21 yaşından yuxarı olan yetkin şəxslər də onu leqal yolla ala və əyləncə üçün istifadə edə bilərlər. 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı