May ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Beləliklə, karantin dövründə sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi işləri may ayında da davam etdirilib. Bu ay pensiyalarla yanaşı, müavinət, təqaüd və kompensasiyaların da  vaxtından daha əvvəl ödənişi təmin olunub.

Xatırladaq ki, bundan əvvəl, mayın 6-15-dək bu ay üzrə bütün pensiyalar vətəndaşların bank hesablarına köçürülüb.

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı