Milli Depozit Mərkəzinin (MDM) rəsmiləri “Bank of New York Mellon”un (BNY Mellon) nümayəndələri ilə görüş keçirib.
Görüşdə Azərbaycanın kapital bazarının inkişafında MDM-in rolu və inkişaf strategiyası barədə məlumat verilib. Tərəflər MDM ilə BNY Mellonun qabaqcıl maliyyə infrastrukturu və kastodian xidmətlərinin əlaqələndirilməsi istiqamətində perspektivlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, MDM-in 2024–2026-cı illəri əhatə edən inkişaf strategiyasında beynəlxalq maliyyə qurumları və depozitarlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi fəaliyyət istiqamətlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.