Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - BBN

Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Dövlət Xidmətinin fəaliyyətində müasir idarəetmə elementlərinin tətbiqinə və modern yanaşmalara uyğun olaraq, əmlak idarəçiliyi sahəsində davamlı, genişmiqyaslı tədbirlər həyata keçirildiyini qeyd edib, digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, o cümlədən göstərilən xidmətlərin elektronlaşması istiqamətində mühüm layihələrin icra edildiyini diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının artırılması və iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, ictimaiyyətin dəqiq və dolğun informasiya ilə təmin edilməsində və sahəvi jurnalistikanın inkişafının stimullaşdırılmasında belə seminarların təşkilinin əhəmiyyətini vurğulayıb.

Sonra Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin departament müdiri Rəşad Əbləsənov “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda təqdimatla çıxış edərək, daşınmaz əmlakın ilkin qeydiyyatı prosedurları, tələb olunan sənədlər, qanunvericiliyin tələbləri, bu sahədə vətəndaşların daha çox istifadə etdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verib.

Seminarda mövzu ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb, onlara sertifikatlar təqdim olunub.

Related posts

AMB rəsmisi: “Banklarında ekoloji risklərin idarə olunması gücləndirilib”

Mikayıl Cabbarov: “Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir”

İtaliya iqtisadiyyatında inflyasiya gözləniləndən aşağı düşdü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı