Media sahəsində gənclərin məşğulluğunun təmin edilməsi məsələsi müzakirə edilib

Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Çoxtərəfli Əməkdaşlıq Memorandumunun tərəfi olan bir sıra media subyektlərinin insan resursları üzrə məsul nümayəndələrinin iştirakı ilə ilkin əlaqələndirmə görüşü keçirilib.

Görüşdə media subyektlərinin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları vakansiya bankına daxil etmələri, il ərzində müəyyən edilən kvota üzrə media sahəsində gənclərin məşğulluğunun təmin edilməsi və işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, müvafiq sahədə əmək yarmarkalarının təşkili kimi məsələlər müzakirə olunub. Media subyektlərinin insan resursları üzrə məsul nümayəndələrinə vakansiya bankının fəaliyyəti və göndərişlərin verilməsi prosesi izah edilib.

Həmçinin görüşdə media subyektlərində insan resursları ilə bağlı əsas ehtiyaclar və kadr potensialının artırılmasına dair həyata keçirilən tədbirlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı