Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı onlayn formatda davam etdirilir

Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onlayn formatda davam etdirilir.

Avqustun 17-dən etibarən Proqram çərçivəsində onlayn təlimlərə start verilib. Təlimlərdə Azərbaycandan 12 sahibkar və menecer iştirak edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq 2009-cu ildən etibarən həyata keçirilən proqram Azərbaycan sahibkarlarının biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. İndiyədək iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 442 sahibkar və menecer Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu, müəssisələrdə təcrübə keçib, beynəlxalq təcrübəyə yiyələnib, işgüzar əlaqələrini genişləndirib. 2020-ci ilin 17 fevral – 13 mart tarixində 20 nəfərdən ibarət qrup Almaniyanın Münhen şəhərində təlim və müvafiq istehsal müəssisələrində təcrübə keçib. Növbəti qrupun 2020-ci ilin iyun ayında Almaniyada ixtisasartırma kursu keçməsi nəzərdə tutulurdu. Lakin pandemiya səbəbindən Almaniyada ixtisasartırma kursunun təşkili müvəqqəti olaraq dayandırılıb.

Related posts

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı”nın yaradılması ilə bağlı layihələr müzakirə edilib

Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi istifadəyə verilib

Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin nümayəndəsi DOST Agentliyində olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı