Meta 2023-cü ilin II rübünün maliyyə nəticələrini elan edib

Facebook, WhatsApp, Instagram-ın da daxil olduğu Meta şirkəti 2023-cü ilin II rübü ilə bağlı maliyyə nəticələrini elan edib. 

BBN.az Meta şirkətinin rəsmi açıqlamasına istinadən xəbər verir ki, Meta-nın CEO-su Mark Zuckerberg qeyd edib ki, çox yaxşı nəticələrimiz qeydə alınıb: “Yeni yaradılan Threads də daxil olmaqla bütün tətbiqlərimizdə güclü maliyyə nəticələri var”. 

Şirkətin gəliri 32 milyarda çatıb, illik əsasda isə 11% artıb və valyuta dəyişməsindən yaranan artım isə 12% olub. 

2023-cü ildə iyununda isə gündəlik aktiv insanların sayı (ailə məhsulları üzrə-red.) orta hesabla 3.07 milyard nəfər olub ki, bu da illik əsasda 7% artıb. Aylıq aktiv insanların sayı iyunun 30-da başa çatan maliyyə rübündə 3.88 milyard nəfər olub ki, bu da illik əsasda 6% artıb.

Facebook-da isə gündəlik aktiv istifadəçilərin sayı 2.06 milyard nəfər olub, artım 5%-dir. Facebook-da aylıq aktiv istifadəçilər isə 3.03 milyarda çatıb, illik artım 3%.  

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı