“Metaverse” iqtisadiyyatı 13 trilyon dolları ötəcək – PROQNOZ

Beynəlxalq sosial media nəhəngi “Facebook” ötən ilin sonlarında rebrendinq həyata keçirərək şirkətin adını “Meta” olaraq dəyişməsi ilə “Metaverse” konsepsiyası bütün dünyada sürətlə yayılmağa başladı. Virtual dünya reallığı olaraq bilinən bu metakainat artıq bir çox maliyyə institutlarının da diqqət mərkəzindədir.

ABŞ mərkəzli nəhəng maliyyə təşkilatlarından olan “Citi” tərəfindən tərtib edilən 186 səhifəlik “Metaverse and Money, Decrypting the Future” hesabatında sözügedən konsepsiya ilə yanaşı, Mərkəzi Bank Rəqəmsal Valyutaları (CBDC), stable və kripto valyutalar haqqında da araşdırmalar təqdim edilib.

Hesabata istinadən, 2030-cu ilədək “Metaverse” konsepsiyasının sürətlə artımı davam edəcək və yekunda 8 trilyon və 13 trilyon dollar arası dəyərə malik olacaq.           

Metakainatlardan ən sürətlə inkişaf edən “Second Life” olub. Araşdırmaya görə, 2003-cü ildə yaradılan “Second Life” virtual dünyası hazırda 650 milyon dollardan yüksək bazar kapitalizasiyasında malikdir. İllik 345 milyon tranzaksiya həyata keçirilən bu metakainatın öz daxili rəqəmsal valyutası (Linden dollar) istifadə olunur.

Related posts

Üçüncü rüb ərzində saxta domenlərin sayı kəskin artmışdır – Foto

Apple Siri-ni tamamilə yeniləyir

SİMA minlərlə ağacın qorunmasına töhfə verir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı