Gözlənilir ki, qlobal enerji böhranı hətta enerji şirkətlərinə də təsir edəcək. Çərşənbə axşamı şirkətdən deyilib ki, yüksək enerji qiymətləri onların gəlirlərindən “yeyəcək”.
BBN.az Business Insider-ə istinadən xəbər verir ki, şirkətin baş maliyyə rəhbəri Amy Hood deyib ki, texnologiya nəhəngi gözləyir ki, cari ildə enerji böhranından dolayı əlavə 800 milyon dollar enerji qiymətlərinə gedəcək. Bu isə əməliyyat marjasını aşağı salacaq.
Microsoft-un 2022-ci ilin sentyabrın 30-da başa çatan maliyyə hesabatına, əsasən 50.1 milyard dollar gəlir əldə edib, bu isə bir il öncə ilə müqayisədə 11% artım deməkdir, bu analitiklərin 49 milyard dollar gözləntilərini qarşılayıb, ancaq son beş ildəki ən aşağı inkişaf hesab edilir.
Analitiklər deyirlər ki, enerjinin qiymətləri fevralın 24-də Rusiyanın (ən böyük enerji ixracatçısıdır-red.) Ukraynada hərbi əməliyyatlara başlamasından öncə artıb, bu isə təchizat qıtlığı, sanksiyalar ilə bağlı qorxular ilə əlaqədar idi.