“Microsoft” İspaniyada süni intellekt infrastrukturunu genişləndirir

ABŞ-nin proqram təminatı korporasiyası “Microsoft” növbəti iki ildə 2,1 milyard dollarlıq sərmayə qoymaqla İspaniyada süni intellekt (Sİ) və bulud infrastrukturunu genişləndirəcək.

BBN.az xəbər verir ki, bu barədə şirkətin sədr müavini və prezidenti Bred Smit sosial şəbəkədə açıqlayıb.

Baş nazirlik mənbələri ABŞ texnologiya şirkəti tərəfindən qoyulan investisiyanın məqsədi rəqəmsal innovasiya və süni intellektin istifadəsini təşviq etmək üçün infrastruktur xidmətləri olacağını bildirib. 37 ildir İspaniyada fəaliyyət göstərən Microsoft-un qoyacağı investisiya çərçivəsində paytaxt Madriddə “bulud əsaslı məlumat mərkəzi” və  ölkənin şimalındakı Araqon bölgəsində “Məlumat mərkəzi şəhərciyi” açmağı planlaşdırdığı məlumatı paylaşılıb.

Xatırladaq ki, daha öncə “Microsoft” Almaniyada süni intellekt yönümlü 3,2 milyard avro (3,45 milyon dollar) sərmayə qoyacağını bildirib.

Related posts

“OpenAI” “Torch” şirkətini 100 milyon dollara satın aldı

Qlobal şirkətlər iş yerlərini ixtisar edir

“JPMorgan” xalis mənfəətinin azaldığını bildirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı