Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Microsoft Mistral AI ilə əməkdaşlıq edəcək - BBN

Microsoft Mistral AI ilə əməkdaşlıq edəcək

ABŞ-ın texnologiya nəhənglərindən biri olan Microsoft, OpenAI-nin fransız rəqibi Mistral AI ilə yeni ortaqlıq qurduqlarını açıqladı.

BBN.az bu barədə Bloomberg Türkiyəyə istinadən xəbər verir.

Şirkətdən verilən açıqlamada yeni ortaqlığın Mistral AI-yə Azure-un ən müasir süni intellekt infrastrukturuna daxil olmaq imkanı verəcəyi, yeni nəsil böyük dil modellərinin inkişafı və tətbiqini sürətləndirəcəyi bildirilib.

Açıqlamada həmçinin yeni ortaqlıq çərçivəsində Mistral AI-nin süni intellekt modellərinin Azure bulud hesablama platforması vasitəsilə istifadəyə veriləcəyi əlavə edilib.

Bundan əlavə, verilən açıqlamada Microsoft-un qlobal süni intellekt innovasiyalarını və böyüməsini dəstəkləməkdə qərarlı olduğu vurğulanıb və Mistral AI ilə tərəfdaşlığın etibarlı və təhlükəsiz süni intellekt sistemləri və məhsulları yaratmaq üçün ortaq öhdəlik əsasında qurulduğu qeyd edilib.

Related posts

“Samsung” çip sənayesinə 73 milyard dollar sərmayə qoyacaq

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı