Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Microsoft" süni intellektin inkişafına 18 milyard dollar sərmayə qoyacaq - BBN

“Microsoft” süni intellektin inkişafına 18 milyard dollar sərmayə qoyacaq

Amerikanın “Microsoft” korporasiyası növbəti üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 milyard dollar sərmayə qoyacaq.

BBN.az xəbər verir ki, Microsoft-un baş direktoru Satya Nadellanın verdiyi məlumata görə,  bu investisiya şirkətin ölkədəki ən böyük investisiyası olacaq və superkompüterlərin, bulud infrastrukturunun və məlumat mərkəzlərinin tutumunu artırmaq üçün istifadə olunacaq:

“Avstraliyanın süni intellekti real iqtisadi artıma və ictimai faydalara çevirmək üçün böyük imkanları var”.

“Microsoft” 2028-ci ilə qədər ən azı 3 milyon avstraliyalıya süni intellekt bacarıqları öyrətməyi planlaşdırır.

Baş nazir  bildirib ki, Amerika şirkətinin investisiyası Avstraliyanın kibertəhlükəsizliyini gücləndirməyə və yeni iqtisadi və məşğulluq imkanları açmağa kömək edəcək.

Related posts

TCMB uçot dərəcəsini dəyişməyib

“Kapital Bank” 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb

ABŞ-da pərakəndə satışlar mart ayında proqnozları üstələyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı