Microsoft 11 ölkə üzrə 20.000 respondent arasında sorğu aparıb. Sorğunun nəticələrinə, əsasən işçilərin 87%-i hibrid işin məhsuldar olduğunu açıqlayıb. Amma sorğunun maraqlı tərəfi budur ki, liderlər heç də bu fikirdə deyil və yalnız 12% lider hibrid işin məhsuldar olduğu qənaətindədir.
BBN.az bu haqda Bloomberg Technology TV proqramına istinadən xəbər verir.
Proqram çərçivəsində Microsoft-un CEO-su Satya Nadella və LinkedIn-in CEO-su Ryan Roslansky hibrid işin yeni erası haqqında bəhs ediblər.
LinkedIn-in CEO-su Ryan Roslansky deyib ki, şəbəkənin yeni data-ları göstərib ki, əmək bazarında gözlənilməz inkişaf baş verib: “Biz təkcə, işçilərin necə və harada işləmələrindən daha çox niyə işlədikləri məsələsinə fokus olmalıyıq”.
O, deyib ki, pandemiyadan öncə LinkedIn-də paylaşılan iş elanlarının cəmi 2%-i remote iş idi, 2020-nin martında isə bu rəqəm 20% olub. Hazırda isə bu rəqəm 15%-dir. Satya Nadella bildirib ki, əgər işçilər şirkətin missiyası ilə özlərini əlaqədə hiss edirlərsə, onlar mənalı iş ortaya qoyurlar: “Şirkətlərin hədəfi, həmçinin, işçilərin inkişafına dəstək olmaq olmalıdır”, – deyə CEO qeyd edib.