Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
MİDA güzəştli mənzillərin növbəti satışını elan edib – qiymətlər açıqlanıb - BBN

MİDA güzəştli mənzillərin növbəti satışını elan edib – qiymətlər açıqlanıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı, Sumqayıt, Lənkəran, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış komplekslərində güzəştli mənzillərin növbəti satışını elan edib.

Agentliyin məlumatına görə, satışa ümumilikdə 627 mənzil çıxarılacaq. Satış prosesi 3 dekabr 2025-ci il, saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il, saat 11:00-da başa çatacaq.

Satışa çıxarılan mənzillər arasında Hövsan Yaşayış Kompleksinin I mərhələsindən 1 mənzil, II mərhələsindən 7 mənzil, Binəqədi Yaşayış Kompleksindən 204 mənzil, Sumqayıt Yaşayış Kompleksindən 10 mənzil, Lənkəran Yaşayış Kompleksindən 10 mənzil, Şirvan Yaşayış Kompleksindən 216 mənzil və Yevlax Yaşayış Kompleksindən 179 mənzil yer alır.

MİDA bildirir ki, mənzillərin dəyəri ipoteka krediti hesabına və ya vətəndaşın şəxsi vəsaiti ilə ödənilə bilər. Lakin qaydalara əsasən, ipoteka krediti ilə ödəniş yalnız müvafiq hüquqi qərar əldə edildikdən və elektron kabinetdə təsdiqləndikdən sonra mümkündür.

“Güzəştli mənzil” satışı Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı əsasında MİDA-nın elektron sistemi vasitəsilə “Elektron hökumət” portalı – www.e-gov.az üzərindən həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar satışda iştirak edə biləcəklər. Qeydiyyatdan keçmək və sistemə daxil olmaq üçün elektron imza tələb olunur.

Mənzillərin satış şərtləri, qiymətləri və komplekslər haqqında ətraflı məlumat www.mida.gov.az saytında yerləşdirilib.

Related posts

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı