“MİDA Kommunal” portalı istifadəyə verildi

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən çoxmənzilli yaşayış binalarının idarə edilməsi prosesi üzrə xidmət keyfiyyətinin artırılması, vətəndaşların rahatlığı və vaxta qənaət baxımından məmnuniyyətinin təmin olunması məqsədilə işlər davam etdirilir.

Belə ki, Agentliyin inşa olunmuş layihələrində yaşayış binalarının idarə edilməsi prosesinin daha səmərəli şəkildə həyata keçirilməsi və vətəndaşlar tərəfindən əmlakların elektron qaydada idarə edilməsi prosesinin təmin edilməsi məqsədilə yeni “MİDA Kommunal” portalı (https://kommunal.mida.gov.az) istifadəyə verilmişdir.

Yaşayış komplekslərinin sakinləri üçün bu portalda yaradılmış şəxsi kabinetləri üzərindən ödəniş etmək və ödəniş tarixçəsini izləmək imkanı təmin edilmişdir. Beləliklə, sakinlər müvafiq ödənişləri poçt məntəqələri, ödəniş terminalları, bank filial və şöbələri, bankların mobil tətbiqləri ilə yanaşı, “MİDA Kommunal” portalı üzərindən də rahat şəkildə həyata keçirə bilərlər.

Eyni zamanda, sözügedən portalda sakinlərin elan və bildirişlərlə tanış olmaq, əlavə olaraq onları maraqlandıran suallara cavab tapmaq, o cümlədən onlayn qaydada müraciət ünvanlamaq və müvafiq müraciətin operativ şəkildə cavablandırılması imkanı yaradılmışdır.

Related posts

“Azercell”in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Yanvar-iyul aylarında Nazirliyin fəaliyyət sahələri üzrə 223 mindən çox e-arayış verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı