Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mikayıl Cabbarov: 2027–2030 sosial-iqtisadi inkişaf Strategiyası üzrə işlər yekunlaşmaq üzrədir - BBN

Mikayıl Cabbarov: 2027–2030 sosial-iqtisadi inkişaf Strategiyası üzrə işlər yekunlaşmaq üzrədir

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə işlər yekunlaşmaq üzrədir və sənəddə yeni yanaşmalar nəzərdə tutulur.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, strategiya sənədində bir neçə istiqamətdə mühüm yeniliklər yer alır. Bu yeniliklərə sahəvi qurumların inkişafı üzrə məsuliyyətin gücləndirilməsi və fəaliyyətin qiymətləndirilməsi mexanizmləri, ixracyönümlü fəaliyyət üçün kredit resurslarının əlçatanlığının artırılması, eləcə də innovativ yanaşmaların tətbiqi daxildir.

Mikayıl Cabbarov bildirib ki, sözügedən strategiya layihəsi ötən həftə İqtisadi Şuranın iclasında da müzakirə olunub.

Related posts

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit

Orxan Nəzərli: İqtisadi aktivlikdə artımın yarısı iqtisadiyyatın “ağarması” ilə bağlıdır

Samir Şərifov: Azərbaycanın şoklara qarşı maliyyə-institusional bazası möhkəmlənib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı