
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə işlər yekunlaşmaq üzrədir və sənəddə yeni yanaşmalar nəzərdə tutulur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, strategiya sənədində bir neçə istiqamətdə mühüm yeniliklər yer alır. Bu yeniliklərə sahəvi qurumların inkişafı üzrə məsuliyyətin gücləndirilməsi və fəaliyyətin qiymətləndirilməsi mexanizmləri, ixracyönümlü fəaliyyət üçün kredit resurslarının əlçatanlığının artırılması, eləcə də innovativ yanaşmaların tətbiqi daxildir.
Mikayıl Cabbarov bildirib ki, sözügedən strategiya layihəsi ötən həftə İqtisadi Şuranın iclasında da müzakirə olunub.




