Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mikayıl Cabbarov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri ilə görüşüb - BBN

Mikayıl Cabbarov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin ilə görüşüb.

İqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların tərəfdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iqtisadi-ticarət əməkdaşlığımiz genişlənir. Bildirilib ki, qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Related posts

SoftBank-dən nəhəng maliyyə addımı: OpenAI səhmləri qarşılığında 10 milyard dollarlıq kredit götürüldü!

Neft bazarında kəskin artım davam edir: İranın Hörmüz təşəbbüsü qiymətləri sərt şəkildə yuxarı qaldırır!

Mizuho Amerika bazarları üzrə “Top Picks” siyahısını yenilədi: Yüksək inam doğuran yeni səhm ideyaları açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı