Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı təsdiq edilib

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndi ilə verilmiş tapşırıq icra edilir.

Qərar ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı müəyyən edilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə siyahıda müəyyən olunmuş sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

Qərarın qəbul edilməsi ilə qeyd edilən sahələrin inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə çevik mexanizmlər formalaşdırılacaq, bu sahədə ölkə iqtisadiyyatının ortamüddətli prioritet istiqamətlər üzrə inkişaf hədəflərinə nail olunması əlavə dəstəklənəcəkdir.

Qərarın qəbulu nəticəsində ölkəmizdə mikro, kiçik və orta sahibkarlıq ekosistemi qlobal iqtisadiyyatda baş verə biləcək qeyri-müəyyənliklərə qarşı beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən stimullaşdırıcı mexanizmlərin çevik tətbiqi yolu ilə dəstəklənəcəkdir. Nəticədə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya və innovasiya fəallığı qorunacaq, onların ölkə iqtisadiyyatında rolu və xüsusi çəkisi möhkəmlənəcəkdir. Eyni zamanda, qlobal iqtisadi çağırışlara uyğun olaraq, ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişaf tendensiyaları təhlil edilərək, onların ölkə iqtisadiyyatında əsas aparıcı rola malik olan sahələri müəyyən ediləcək, bu sahələrin iqtisadi və sosial ehtiyaclarına uyğun müasir tələblərə cavab verən operativ dəstək sistemi formalaşacaqdır.

https://nk.gov.az/az/senedler/qerarlar/mikro-kicik-ve-orta-sahibkarliq-subyektlerine-elav-7788

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı