Milli Depozit Mərkəzinin investorlara qiymətli kağızlar üzrə ödənişləri barədə məlumat

2024-cü ilin II rübündə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə ödənişlərin ümumi məbləği 1.438.696.627 AZN,  32.682.344  ABŞ dolları təşkil edib.

Milli Depozit Mərkəzi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının notları üçün 798.700.00 AZN, Dövlət istiqrazları üçün əsas məbləğ üzrə 492.500.000 AZN, kupon üzrə isə 95.940.573 AZN ödəniş həyata keçirilib.

Mərkəzi depozitar investorlara korporativ istiqrazlar üçün əsas məbləğ üzrə 48.250.000 AZN, 30.000.000 ABŞ dolları, kupon üzrə isə 3.306.054 AZN, 2.684.344 ABŞ dolları ödəniş edib.

Ümumi yanaşmada Milli Depozit Mərkəzi investorlara əsas məbləğ üzrə 1.339.450.000 AZN  və 30.000.000 ABŞ dolları kupon üzrə isə 99.246.627 AZN, 2.682.344 ABŞ dolları məbləğində vəsait ödəyib.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı