Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Milli İnternet Mükafatı – MilliNet2025 müsabiqəsinə müraciətlər davam edir - BBN

Milli İnternet Mükafatı – MilliNet2025 müsabiqəsinə müraciətlər davam edir

Azərbaycanda internet və rəqəmsal sahədə ənənəvi olaraq keçirilən Milli İnternet Mükafatı – MilliNet2025 müsabiqəsinə layihələrin qəbulu davam edir.

Rəqəmsal həllər, veb saytlar, startaplar, mobil tətbiqlər, süni intellekt layihələri, sosial səhifələr, rəqəmsal oyunlar və digər onlayn resurslar bu müsabiqəyə qoşula bilər.

İştirakçılar millinet.az saytında aşağıdakı nominasiyalar üzrə qeydiyyatdan keçə bilərlər:

  1. İlin e-ticarət həlli

  2. İlin innovativ həlli

  3. İlin rəqəmsal sosial resursu

  4. İlin rəqəmsal maliyyə həlli

  5. İlin rəqəmsal hökumət həlli

  6. İlin rəqəmsal təhsil resursu

  7. İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu

  8. İlin rəqəmsal biznes həlli

  9. İlin rəqəmsal marketinq həlli

  10. İlin rəqəmsal oyunu

  11. İlin informasiya resursu

  12. İlin süni intellekt həlli

  13. İlin rəqəmsal mədəniyyət və turizm həlli

Müsabiqə iştirakçıları layihələrini tanıtmaq, populyarlaşdırmaq və noutbuk, planşet, telefon kimi qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

Qeydiyyat 15 noyabr tarixinədək davam edir. MilliNet-də iştirak tamamilə ödənişsizdir.

Ətraflı məlumat üçün: www.millinet.az

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı