Milli Məclisdə TikTok platformasının nümayəndə heyəti ilə görüşü keçirildi – Foto

Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin TikTok platformasının nümayəndə heyəti ilə görüşü keçirilib.

Qonaqları salamlayan komitə sədri Tahir Mirkişili, Azərbaycanda sosial media istifadəçilərinin sayının son illərdə daha da artdığını bildirərək sosial mediadan düzgün və məqsədli istifadənin vacibliyini qeyd edib, geniş tədbirlər planı çərçivəsində qarşılıqlı əməkdaşlıq aparılmasının və maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.

Görüşə görə təşəkkür edən TikTok platformasının Şərqi Avropa üzrə ictimai siyasət və korporativ əlaqələrin direktoru Sergey Sokolov səfərin məqsədləri barədə məlumat verib. Azərbaycanda həyata keçirilən layihələrdən söz açan direktor Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliğində, “startap”ların inkişafı və digər sahələrdə əməkdaşlığın artırılmasında maraqlı olduqlarını bildirib. Görüşdə nümayəndə heyətinin üzvləri tərəfindən Azərbaycandakı platforma istifadəçilərinin, xüsusilə azyaşlıların və gənclərin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylər və texniki həllər barədə geniş məlumat verilib.

Görüşdə iştirak edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa sosial media platformalarında məzmunların yaradılması zamanı milli dəyərlərin nəzərə alınmasının önəmini qeyd edib.

Söhbətdə qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı