Milli Məclisin dekabrın 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin dekabrın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub. İclasda bir sıra beynəlxalq sazişlərin ratifikasiyası, eləcə də qanunlara dəyişiklikləri nəzərdə tutan layihələr müzakirəyə çıxarılacaq.

Gündəliyə aşağıdakı məsələlər daxil edilib:

  1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsi.

  2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair” 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi.

  3. “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

  4. “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

  5. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

  6. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

  7. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

  8. “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

  9. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

  10. Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

  11. Əmək, Cinayət, Vergi və Cəzaların İcrası məcəllələrində, eləcə də bir sıra sosial və institusional qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

Qeyd edək ki, gündəlikdə sosial, iqtisadi, təhsil və hüquq sahələrini əhatə edən geniş qanunvericilik dəyişiklikləri nəzərdə tutulur.

Related posts

Aİ-də dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar səsvermə yolu ilə qəbul oluna bilər – Ursula fon der Lyayen

Böyük Britaniya Rusiya neft-qaz şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirib

FHN-in 20 illiyi və peşə bayramı münasibətilə təntənəli mərasim keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı