Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Milyarder Warren Buffett ABŞ Mərkəzi Bankını idarə edə bilərmi? – Özündən açıqlama - BBN

Milyarder Warren Buffett ABŞ Mərkəzi Bankını idarə edə bilərmi? – Özündən açıqlama

Berkshire Hathaway-in (BRK) rəhbəri, milyarder çərşənbə günü CNBC-yə müsahibəsində maraqlı açıqlama ilə gündəmə gəlib.

BBN.az xəbər verir ki, o, deyib ki, “Mən düşünmürəm ki, ABŞ Mərkəzi Bankını (FED) Jerome Powell kimi idarə edə bilərəm”.

O, əlavə edib ki, bütün FED rəhbərləri kimi Powell üçün də çətinliklər var və sən hərəkət etməlisən: “Sən Amerika cəmiyyəti üçün hədsiz bir məsuliyyət götürməlisən. Əlbəttə, bu o demək deyil ki, iqtisadi tənəzzülü dayandırmalısan, yaxud pis kreditləri yaxşıya dəyişəcəksən və s. Ancaq sistemin işləməsini davam etdirməlisən”, – deyə Berkshire Hathaway-in rəhbəri əlavə edib. 

Həmçinin Buffett-in hazırkı FED sədri haqqında xoş sözlər deməsi ilk hal deyil. Belə ki, 2021-ci ildə Berkshire Hathaway-in illik toplantısı çərçivəsində o, demişdir ki, pandemiya zamanı Powell Amerika iqtisadiyyatını “dirildib”.

Related posts

ABŞ-ın xam neft ehtiyatları təxminən 1,9 milyon barel artıb

TƏCİLİ: Trampdan İrana sarsıdıcı xəbərdarlıq – “Sıradakı hədəf körpülər və elektrik stansiyalarıdır!”

Azərbaycandan ABŞ-yə pul köçürmələri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı