“Miqrasiya Könüllüsü” İctimai Birliyi “Boston Training Center” şirkəti ilə yeni layihəyə başlayır

“Könüllülər ili” ilə əlaqədar “Miqrasiya Könüllüsü” İctimai Birliyi və “Boston Training Center” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən şirkət könüllülər üçün xarici dillərin tədrisini və müxtəlif mövzular üzrə təlimlər həyata keçirəcək. Peşəkar müəllimlər tərəfindən ödənişsiz tədris ediləcək dil kursların məzunlarına “Boston Training Center” tərəfindən beynəlxalq sertifikatlar veriləcək. Memorandumu “Boston Training Center” tərəfindən şirkətin direktoru Maşallah Tağıyev imzalayıb.

Yaxın günlərdə dil kurslarında iştirak etmək istəyən könüllülərin qeydiyyatına start veriləcək!

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı