AMB-nın 30 milyon manat həcmində 168 və 252 gün Notlarının yerləşdirilməsi üzrə hərraclarlar keçirilmişdir

17 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2035024705 və AZ2036024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 və 252 gün olan notlarının yerləşdirilməsi üzrə hərraclar keçirilmişdir.

30 milyon manat həcmində 168 gün olan notlarının yerləşdirilməsi üzrə hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 98.0329 (4.3%) manat və 98.0915 (4.17%) manat olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,367,400 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  98.0553 (4.25%) və orta ölçülmüş qiyməti  98.0662 (4.23%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 04.05.2023-cü ildir.

30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 96.7820 (4.75%) manat və 96.9795 (4.45%) manat olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,580,700 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.7820 (4.75%) manat və orta ölçülmüş qiyməti  96.8325 (4.67%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 27.07.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Related posts

Qızılın bahalaşması davam edir

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı