Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mobil ödənişlərin həcmində kəskin artım qeydə alınıb

Mobil ödənişlərin həcmində kəskin artım qeydə alınıb

Mobil ödənişlər günü-gündən istehlakçıların həyatını rahatlaşdırmaqla yanaşı, hər gün sayı artan mobil cüzdan tətbiqetmələri funksiyalarını genişləndirir. Onlayn ödənişlər və pul köçürmələri sahəsində fəaliyyət göstərən “STICPAY” son dövrlərin rəqəmsallaşma yolunda ən böyük trendinə çevrilmiş məfhumlarından biri olan mobil cüzdanların cari dövr üçün statistikasını açıqlayıb.

Hesabata əsasən, 2016-2020-ci illər aralığında Avropada mobil cüzdan ilə ödənişlərin həcmi illik 14% həcmində artıb. Artımın ən böyük hissəsi İspaniya və İsveçin payına düşüb. 2024-cü ilədək isə mobil cüzdan ilə həyata keçirilən ödənişlərin həcmində ortalama 10.1% səviyyəsində böyümə proqnozlaşdırılır.

Məlumat üçün qeyd edək ki, mobil cüzdanlardan istifadənin ən sürətlə yayıldığı dövr 2017-2020-ci illər arası olub. Belə ki, 2017-ci ildə 17.4 milyard dollar dəyərində olan Avropanın mobil cüzdan bazarı, 2018-ci ildə 45%-lik artıma məruz qalaraq 25 milyard dollara çatıb. 2019-cu ildə isə bu göstərici 35 milyard dolları ötüb. Beləliklə, cəmi üç ildə Avropanın mobil cüzdanlar sektorunda 175%-lik artım müşahidə olunub.

Related posts

EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Aİ enerji qiymətlərinin yüksək olmasından narahatdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı