Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 742,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu sektor üzrə əldə olunan gəlirlərin həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 5,6 faiz və ya 39,5 milyon manat artıb.
Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda gəlirlərin həcmində 8,4 faiz və ya 9 milyon manat artım qeydə alınıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 31,2 faizini təşkil edib.