Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldılır - SİYAHI - BBN

Mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldılır – SİYAHI

Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri azaldılır.

BBN.az-ın məlumatına görə bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, rüsumlar aşağıdakı dərəcədə azaldılır:

Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün qeyd olunan rüsumun 20 manatdan 15 manat-a azaldılması təklif edilir.

Bununla yanaşı, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manatdan 20 manata,

– bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manatdan 30 manata,
– bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manatdan 40 manata,
– bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manatdan 50 manata,
bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manatdan 70 manata,
bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manatdan 100 manata .

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 20 manatdan 15 manata.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Related posts

Expressbankdan sahibkarlar üçün YENİ MƏHSUL

AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası”

“Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı