Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Moldovalı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət edilib - BBN

Moldovalı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Noyabrın 15-də Moldova Respublikasının Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) direktoru Dumitru Pinteanın başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenkonun da iştirak etdiyi görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud biznes imkanları, investisiya mühiti barədə məlumat verib, sənaye zonalarının təqdimatı göstərilib.

Görüş çərçivəsində ODA ilə İZİA arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə biznes layihələrinin reallaşdırılması, hər iki ölkənin sənaye zonalarında fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib. Moldovalı iş adamları sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli investisiya imkanlarından yararlanmağa dəvət edilib.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

Related posts

Yaponiyada “Maaş İnqilabı”? 34 ildən sonra tarixi rekord!

Neft bazarında “Hizbullah” şoku: Sülh ümidləri puç oldu, qiymətlər yenidən yüksəlir!

Qızıl bazarında “Fırtına” öncəsi sakitlik: İran gərginliyi və ABŞ-ın mühüm hesabatı investorları təşvişə saldı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı