Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Moody’s": 2025-ci ildə neftin qiyməti aşağı və dəyişkən olaraq qalacaq - BBN

“Moody’s”: 2025-ci ildə neftin qiyməti aşağı və dəyişkən olaraq qalacaq

“ABŞ-ın tarif siyasəti nəticəsində neft qiymətlərinin aşağı düşməsi geniş iqtisadi təsirlərə səbəb olur”.

BBN.az bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən istinadən xəbər verir.

Agentlik qeyd edib ki, ABŞ-ın ticarət siyasəti nəticəsində ticarət müharibəsi qorxusu qlobal iqtisadi artımın zəifləməsinə və beləliklə, neftə olan tələbatın azalmasına gətirib çıxara bilər: “Bununla yanaşı, OPEC+ neft hasilatını artırmaq qərarına gəlib və bu da bazarda təklifi artırır. Bu səbəbdən apreldə Brent və WTI neft markalarının qiyməti müvafiq olaraq 65 və 62 dollar səviyyəsinə düşüb”.

“Moody’s” əlavə edib ki, 2025-ci ildə xam neftin qiymətinin aşağı və dəyişkən qalacağı gözlənilir: “OPEC və OPEC+ hasilat məhdudiyyətlərini aradan qaldırmaq planlarını davam etdirərsə, ilin ikinci yarısında ehtiyatların artacağı ehtimal olunur”.

Related posts

İran–ABŞ müharibəsi qlobal indeksləri silkələdi: Asiya və ABŞ fyuçersləri enişdə, neft bahalaşır

BVF Ukraynaya 8,1 milyard dollarlıq kredit çərçivəsində islahatların icrasını vacib sayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı