Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Moody’s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi - BBN

Moody’s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi

Moody’s beynəlxalq reytinq agentliyi açıqladığı son hesabatda Bank of Baku-nun bir neçə göstərici üzrə reytinqini yüksəldib.

Belə ki, agentlik Bank of Baku-nun kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) və tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini B2 səviyyəsindən B1-ə yüksəldib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi də B2-dən B1 səviyyəsinə dəyişib.

Bank of Baku-nun  kredit ödəmə qabiliyyətinin baza səviyyəsindəki müsbət dəyişiklik bankın inkişaf etmiş likvidlik profili, eləcə də ölkə səviyyəsində banklar üçün yaradılmış fəaliyyət mühiti və Azərbaycanın iqtisadi gücünün artması ilə əsaslandırılır.

Bu, eyni zamanda Bank of Baku-nun son illərdə aktivlərinin keyfiyyətinin və gəlirliliyinin artmasını da əks etdirir.

Agentlik öz hesabatında Bank of Baku-nun uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “stabil” olaraq göstərib, bu isə bankın növbəti 12-18 ay ərzində sağlam kredit göstəricilərini qoruyub saxlayacağına dair fikirləri qüvvətləndirir.

Məlumat üçün qeyd edək ki, 30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.

 

Related posts

ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!

“Bank Respublika” sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı