Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Moody’s: Azərbaycanda bank sektorunda mənfəətlilik yüksək səviyyədə qalacaq - BBN

Moody’s: Azərbaycanda bank sektorunda mənfəətlilik yüksək səviyyədə qalacaq

Moody’s beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektorunda mənfəətliliyin saxlanılacağını proqnozlaşdırır. Bu barədə agentliyin “Azərbaycanın bank sisteminin perspektivləri” adlı hesabatında bildirilib.

Hesabata əsasən, reytinqli banklarda xalis mənfəətin maddi aktivlərə nisbətinin orta səviyyəsinin 2–3 % intervalında qalacağı gözlənilir. Qeyd olunur ki, bu göstərici sabit xalis faiz marjası, yüksək komissiya gəlirləri və ehtiyat ayırmalarının idarəolunan səviyyəsi ilə dəstəklənir.

Agentlik vurğulayır ki, son dövrdə marjanın artımı artan tələb fonunda pərakəndə və KOB kreditlərinin yüksək gəlirliliklə genişlənməsi ilə bağlıdır.

Bununla belə, hesabatda qeyd edilir ki, mənfəət marjası müəyyən təzyiq altında qala bilər. Belə ki, Azərbaycan Mərkəzi Bankı-nın uçot dərəcəsinin azalması faiz aktivlərinin gəlirliliyinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda, əmanətçilər uğrunda sərt rəqabət maliyyələşdirmə dəyərinin yüksək səviyyədə qalmasına gətirib çıxarır.

Bundan əlavə, məcburi ehtiyat normativlərinin artırılması da mənfəətliliyin artım tempini cüzi şəkildə məhdudlaşdıra bilər. Bununla belə, Moody’s hesab edir ki, bank sektorunda ümumi mənfəətlilik yüksək səviyyədə qalmaqda davam edəcək.

Related posts

Azərbaycan Mərkəzi Bankı: İqtisadiyyata kredit qoyuluşu 31,9 milyard manata yaxınlaşıb

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb

Qlobal borc rekord həddə çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı