Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Moody's": Azərbaycanda prudensial siyasət və kapital tələbləri bank sektorunun dayanıqlılığını gücləndirir - BBN

“Moody’s”: Azərbaycanda prudensial siyasət və kapital tələbləri bank sektorunun dayanıqlılığını gücləndirir

Ein Schild weist am Sonntag (23.09.12) in New York, USA, auf den Sitz der Ratingagentur Moody's hin. Foto: Oliver Lang/dapd

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Baa3” səviyyəsində “müsbət” proqnozla təsdiqləyib.

Agentliyin hesabatında ölkənin bank sektorunda həyata keçirilən prudensial siyasət, eləcə də tətbiq olunan requlyativ kapital tələbləri müsbət qiymətləndirilib.

Hesabata əsasən, Azərbaycanda nəzarət çərçivəsinin və prudensial tənzimləmənin beynəlxalq standartlara uyğunlaşdırılması bank sektorunun dayanıqlılığını gücləndirən əsas amillərdən biri kimi qeyd olunur.

“Moody’s” bildirir ki, tətbiq olunan kapital tələbləri bankların ödəmə qabiliyyətinin artırılmasına və maliyyə sabitliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Bununla yanaşı, agentlik Azərbaycanda Bazel III çərçivəsində yeni kapital buferlərinin tətbiq olunduğunu vurğulayır. Hesabatda qeyd edilir ki, Bazel III standartlarına tam uyğunluğun 2027-ci ildə təmin olunması gözlənilir.

Related posts

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

“GL” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Elçin Əlizadə: “Birjadankənar əqdləri tam rəqəmsal edəcək yeni OTC platforması hazırlanır” – MÜSAHİBƏ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı