Beynəlxalq reytinq agentliyi Moody’s Azərbaycanın bank sistemi ilə bağlı proqnozunu müsbət olaraq qoruyub saxlayıb.
Agentliyin hesabatında qeyd olunur ki, əlverişli əməliyyat mühiti və güclü dövlət dəstəyi bank sektorunun dayanıqlığını təmin edən əsas amillərdir.
Hesabatda bildirilir ki, bank sistemi üzrə müsbət proqnoz bankların kredit qabiliyyətinin növbəti 12-18 ay ərzində necə inkişaf edəcəyinə dair gözləntiləri əks etdirir. Agentliyin qiymətləndirməsinə əsasən, mövcud iqtisadi şərait və dövlət tərəfindən göstərilən dəstək sektorun maliyyə göstəricilərinə müsbət təsir göstərməkdə davam edəcək.