Moody’s Beynəlxalq Reytinq Agentliyi: Avrozonada inflyasiya ikirəqəmli olacaq, Mərkəzi Bank faiz dərəcələrini artıracaq

Enerji qiymətlərinin yüksəlməsi fonunda avqustda Avrozonada inflyasiya 9.1%-ə yüksəlib və yaxın zamanlarda ikirəqəmli səviyyəyə çatacaq.

BBN.az xəbər verir ki, bu haqda Moody’s Beynəlxalq Reytinq Agentliyi məlumat yayıb.

Reytinq agentliyi tərəfindən qeyd edilib ki, bu da Avropa Mərkəzi Bankını (AMB) faiz dərəcələrini sürətlə artırmasına aparacaq. Moody’s-in proqnozlarına, əsasən AMB sentyabrda 0.75%, oktyabrda isə 0.5%-lik artıma gedəcək. 

Qeyd edək ki, Eurostat-ın məlumatına, əsasən Avrozonada inflyasiya avqustda yeni rekorda çatıb və 9.1% olub. Reuters-in sorğusunda iştirak edən iqtisadçılar isə bu rəqəmi 9% olaraq qiymətləndirirdilər və yeni nəticələr isə gözləntilərdən çoxdur. Eurostat-ın çərşənbə axşamı verdiyi məlumata görə, energetika 38,3% ilə ən yüksək illik inflyasiya səviyyəsinə çatıb, iyulda isə 39,6% idi. Qida, alkoqol və tütün məhsulları iyulda 9,8%-ə nisbətdə 10,6% artıb, qitədə son isti havanın təsirləri artıma səbəb olub.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı