Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Moody’s Beynəlxalq Reytinq Agentliyi "Bank of Baku" ASC-nin reytinqlərini yüksəltdi - BBN

Moody’s Beynəlxalq Reytinq Agentliyi “Bank of Baku” ASC-nin reytinqlərini yüksəltdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi “Bank of Baku” ASC-nin reytinqlərinə yenidən baxıb. Agentlik “Bank of Baku” ASC-nin kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments – BCA ) və uzunmüddətli depozit reytinqlərini yüksəldib.

“Bank of Baku” ASC-nin BCA reytinqi b2 səviyyəsindən b1-ə yüksəldilib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B1 səviyyəsindən Ba3 səviyyəsinə qədər artırılıb. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi b3-dən b2-yə yüksəldilməsi onun aktivlərinin keyfiyyətini və möhkəm kapital buferlərini əks etdirir.

Yerli və xarici valyutada uzunmüddətli bank depozitlərinin reytinqinin B2 səviyyəsinə yüksəldilməsi isə bankın kredit qabiliyyətinin yaxşılaşdığını əks etdirir. Bankın depozit reytinqləri dövlət dəstəyindən faydalanmır və buna görə də depozit reytinqləri bankın BCA göstəricisi b2 ilə eyni səviyyədədir.

Bank of Baku-nun problemli kreditlər nisbəti 2020-ci ildəki 8,1%-dən 2021-ci ilin dekabrında 3,3%-ə düşüb. Agentliyə görə, müsbət cəhət odur ki, Bank of Baku-nun kreditləri əsasən yerli valyutada ifadə olunur ki, bu da onun məzənnə dəyişkənliyinə qarşı həssaslığını məhdudlaşdırır.

Moody’s agentliyi qeyd edib ki, “Bank of Baku” ASC güclü kapitala malikdir və bu, kredit itkiləri baş verərsə kifayət qədər “yastıq” təmin edə bilər.

Related posts

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

AccessBank QSC PaloAlto Firewall 2026 tenderi elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı