Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Morgan Stanley": Yen dollar qarşısında 10% bahalaşa bilər - BBN

“Morgan Stanley”: Yen dollar qarşısında 10% bahalaşa bilər

“Morgan Stanley” strateqləri ABŞ iqtisadiyyatında ləngimə əlamətlərinin artacağı və Federal Ehtiyat Sisteminin (FED) ardıcıl faiz endirimlərinə başlayacağı halda, Yaponiyanın valyutası  yenin  gələn aylarda dollara qarşı təxminən 10% möhkəmlənə biləcəyini proqnozlaşdırır.

Analitik qeyd ediblər ki, hazırda dollar/yen məzənnəsi “həqiqi dəyərindən xeyli uzaqlaşıb”.

BBN.az xəbər verir ki, ABŞ istiqrazlarının faizlərinin enməsi fonunda məzənnənin normallaşacağı və cütlüyün 2026-cı ilin birinci rübündə aşağı səviyyəyə geriləyəcəyi gözlənilir.

Yen üçün müsbət proqnoz verilməsinə baxmayaraq, valyuta son aylarda zəifləməkdədir. Yen bu rübdə dollar qarşısında 5,6% dəyər itirərək G-10 valyutaları arasında ən pis nəticəni göstərib.

Morgan Stanley-nin proqnozuna əsasən, dollar/yen məzənnəsi 2026-cı ilin ilk rübündə 140 səviyyəsinə qədər geriləyəcək, lakin ilin sonuna doğru 147-yə yenidən yüksələcək.

Related posts

Yaponiya və ABŞ-dan “valyuta” razılığı: Yen-in taleyi diqqət mərkəzində!

ABŞ dolları son 6 həftənin minimumuna yaxınlaşdı: İnvestorlar “sülh”ə mərc edir!

Dolların “Safe-Haven” Gücü Zəifləyir: Sülh Ümidləri Valyuta Bazarını “Yumşaldır”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı